Ekspertlərin almağa məsləhət gördüyü 6 problemli avtomobil – SİYAHI

Avtomobil ekspertləri tez-tez ən yaxşı avtomobillər reytinqlərini tərtib edirlər. Bununla belə, bəzən onlar həqiqəti əks etdirmir.
Avtosfer.az Banker.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “What Car?” nəşri ikincil bazarda ən populyar avtomobillərin sahiblərindən müsahibə alaraq onların hansı nasazlıqlarla üzləşdiyini və təmirə nə qədər pul xərcləməli olduqlarını öyrənib. Məlum olub ki, işlənmiş avtomobillərin reytinqindəki liderlər əslində tez-tez xarab olur və onları təmir etmək olduqca baha başa gəlir.
- Nissan Qashqai 2014-2020-ci il buraxılışı
“Qashqai” – avtomobil bazarında liderlərdən biridir. Jurnalistlər və avtomobil mütəxəssisləri işlənmiş “Nissan Qashqai” almağı məsləhət görsələr də, nəşr bunun yanlış seçim olduğunu müəyyən edib.
Məlum olub ki, bu avtomobilin alıcıları tez-tez variator və akkumulyatorun sıradan çıxması ilə qarşılaşır.

- Nissan Juke 2010-2019-cu il buraxılışı
Dizaynı sayəsində bu avtomobil dəfələrlə mübahisə obyektinə çevrilib – bəziləri onun fərqlənən qeyri-adi dizaynını bütləşdirir, bəziləri isə krossoveri köhnəlmiş idman ayaqqabısı ilə müqayisə edir.
“What Car?” nəşrinin apardığı araşdırmanın nəticələrinə görə, 2010-2019-cu illər arasında istehsal edilmiş “Nissan Juke” sahiblərinin demək olar ki, 40%-i ilk beş ildə mühərrik problemləri ilə üzləşir.

- Peugeot 2008, 2013-2019-cu il buraxılışı
Bu avtomobil sahiblərinin 16%-i istismarın ilk beş ilində müxtəlif problemlərlə toqquşur. Onların əksəriyyəti avtomobilin əsas komponenti – tormoz sistemi ilə əlaqəli olur.

- Ford Fiesta 2017-ci ildən sonrakı buraxılışı
“Fiesta” ən populyar və ikincil bazarda hələ də aktual olan avtomobil modellərindən biridir. “What Car?” mütəxəssisləri onun müasir elektron sistem, yüksək keyfiyyətli işləmə materialları və əla idarəetməsi haqqında danışırlar.
Lakin modelin başqa, daha az cəlbedici tərəfi də var – mühərrikin tez-tez sıradan çıxır.

- Opel Astra 2015-ci ildən sonrakı buraxılışı
MDB məkanında “Astra” avtomobili “Volkswagen Golf” qədər populyardır. Buna baxmayaraq, avtomobilin ingilis istifadəçilərinin üçdə biri elektron sistem, batareya və sürətlər qutusunu sıradan çıxması kimi ciddi problemlərlə üzləşir.

- Nissan X-Trail 2014-2021-ci il buraxılışı
Ən “yaxşı” avtomobillərin daha bir lideri “Nissan X-Trail”dir. Bununla belə, Britaniyada aparılan araşdırmada model axırdan birincidir. Sorğulananların demək olar ki, 40%-i sputnik naviqasiyası istisna olmaqla, avtomobilin bütün hissələrinə təsir edən nasazlıqlarla qarşılaşır.

Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










