Elektromobil sektorunun maliyyələşdirilməsi ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə müxanizmləri ilə bağlı təkliflər hazırlanır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasda bildirib.
"2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır", - deyə o qeyd edib.
R.Qurbanovun sözlərinə görə, elektromobil və hibrid avtomobillərinin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsini adekvat gücləndirməsi əsas prioritetlərdən biridir.
“Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, – deyə R. Qurbanov bildirib.
O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: "Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir".
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












