Elektromobillərin idxalında kəskin artım qeydə alınıb

Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən il 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. O bildirib ki, rəqəmlər elə də böyük deyil:
"Bu, idxal olunan nəqliyyat vasitələrinin 3,5 faizini təşkil etsə də, iki il ərzində kəskin artımı görürük. Bu o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir. Hazırda ölkənin nəqliyyat parkına baxanda 80 faizdən çox nəqliyyat vasitəsinin istimar müddətinin 10 ildən çox olduğunu görürük. Onlardan 5 faizi isə 20 ildən yuxarı istehsal buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda atmosfer havasına ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır”.
O qeyd edib ki, 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək:
“Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfədir və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir. Əminik ki, həmin proqram da qısa müddət ərzində atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasına kömək edəcək".
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












