Elektromobillərin sayı 1,3 dəfə artıb

2024-cü ildə Türkiyədə istifadədə olan avtomobillərin sayı 16 milyon 232 min 458 ədəd olub.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə qeydiyyata alınmış avtomobillərin siyahısında elektromobillərin xüsusi çəkisi 1,1 faiz olub. Belə ki, ötən il istifadədə olan hər 88 avtomobildən 1-nin elektriklə işlədiyi bəlli olub.
Türkiyə Statistika İdarəsinin hesabatına görə, ölkədə qeydiyyata alınan elektrik avtomobillərinin sayı ötən il əhəmiyyətli dərəcədə artıb. Belə ki, elektromobillərin qeydiyyata alındığı 2011-ci ildə bu avtomobillərin sayı 24 olduğu halda, 2018-ci ildə bu rəqəm 952-yə, 2019-cu ildə 1000-ə, 2021-ci ildə 6267, 2022-ci ildə 14552, 2023-cü ildə 80043-ə yüksəlib. Ötən ilin sonuna olan məlumata görə, qeydə alınan elektrik avtomobillərin sayı 2023-cü illə müqayisədə 129,6 faiz artaraq 183 min 776-ya çatıb.
2020-2024-cü illər arasında ölkədə elektrik avtomobillərinin sayının artması da diqqət çəkib. Sözügedən beş ildə elektromobillərin sayı 66 dəfə (6470 faiz) artıb. Bu artım da Türkiyənin “Togg” avtomobillərinin satışları ilə bağlıdır.
Elektrik avtomobillərlə yanaşı, hibrid avtomobillərdə də artım diqqət çəkib. 2020-ci ildə hibrid avtomobillərin sayı 33 690 ədəd olduğu halda, ötən ilin sonunda 391 296 ədədə yüksəlib. Beləliklə, 5 ildə hibrid avtomobillərin sayı 12 dəfə artıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










