Elektromobillərin sığorta tarifi niyə artırıldı? - Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb.
AMB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.
Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at gücü göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib.
Xatırladaq ki, sığorta tarifinin 1.5 əmsala qaldırılması elektromobillərin baza sığorta haqqını 50 manatdan 75 manata yüksəldib. Bununla da, elektromobillərin sığorta tarifi 1.5-2l. mühərrik həcmli avtomobillərin sığorta tarifi ilə eyniləşdirilib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












