Əlikram Bayramov Nanənin verilişində avtomobilini 40 min dollara SATIŞA ÇIXARDI - VİDEO

Müğənni Əlikram Bayramov efirdə öz avtomobilini satışa çıxarıb.
Oğlu Qaliblə "7 tamam" verilişində qonaq olan sənətçi bildirib ki, 2012-ci ilin "Range Rover" markalı nəqliyyat vasitəsini 40 min dollara (təminən 68 min manat) satır.
Qalib isə vurğulayıb ki, o, universitetə daxil olarkən atası ona bu avtomobili hədiyyə edib. Maşın köhnəldiyindən onu satmağa qərar veriblər.
Proqramın aparıcısı Nanə Ağamalıyeva avtomobil satılarsa, Əlikramdan jest olaraq pulun müəyyən qədərini yardıma ayırmasını xahiş edib. Bunu eşidən Bayramov öncə razılaşmasa da daha sonra 2000 manat verəcəyini vurğulayıb.
Verilişin gedişatında sənətçinin maşınına alıcı da tapılıb. O, ATV-nin həyətinə gələrək avtomobili almaq istədiyini vurğulayıb. Lakin həmin şəxs avtomobili 40 min dollara deyil, 35 min dollara almaq istədiyini bildirib. Müğənninin oğlu Qəlib həmin məbləğlə razılaşmayaraq, ona cəmi 2000 dollar endirim edə biləcəyini söyləyib.
Daha sonra alıcı nəqliyyat vasitəsinin üzərində olan 12-BD-005 nömrə nişanını avtomobildən çıxartmamağı və birlikdə almaq istədiyini bildirib. Amma nə Əlikram nə də ki oğlu Qalib bu təkliflə razılaşmayıblar. Studiyada əyləşən müğənni alqı-satqının efirdən sonraya qalmasını istəyib.
Verilişdə yayımlanan həmin anları təqdim edirik:
(bizimmedia)
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










