Ən az yürüşü olan Lamborghini Miura modeli satılır - FOTO

Kolleksiya avtomobillərinin satışı üzrə ixtisaslaşmış Joe Macari Performance Cars London şirkəti satışa Lamborghini Miura SV modelini çıxarıb. Modelin odometrindəki göstərici cəmi 5.794 kilometrdir. Satılan model ən az yürüşə malik olan Miura modelidir. Narıncı rəngli salona və boz rəngli kuzova malik olan superkar üçün 2.594.500 funt sterlinq tələb edilir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, avtomobilə yüksək qiymət təyin edilməsinin səbəbi, bu avtomobilin Miura modelinin ən qiymətli və məşhur versiyasının olmasıdır. P400SV indeksli modifikasiya 1971-ci ildə konveyerdə P400S modelini əvəz edib və dörd Weber karbüratoru olan təkmilləşdirilmiş 385 at qüvvəli 3,9-litrlik V12 mühərriki, ötürmələr qutusunun ayrıca soyutma konturu və yenilənmiş görünüşü ilə fərqlənirdi. 100 km/saat həddinə kupe altı saniyədən az müddətdə sürətləndi. Maksimal sürət saatda 290 kilometr idi.
Lamborghini P400SV-nin bu nüsxəsi 1972-ci ildə istehsal edilmiş və Səudiyyə Ərəbistanının kral ailəsinə verilmişdir. Avtomobilin xüsusiyyətlərindən biri ön bamperdə quraşdırılmış kanard cütlüyüdür. Bu elementlər alıcının yüksək statusunu vurğulayırdı. 2000-ci illərin əvvəllərində avtomobili Səudiyyə Ərəbistanındakı anbarların birində karton qutuların altından aşkar ediblər. 2005-ci ildə avtomobili ABŞ-dakı müştəriyə satıblar.
Bərpa edildikdən sonra, Miura SV modeli Metallic Grey rəngli kuzova və narıncı salona sahib olub. Bir neçə sahibini dəyişdirdikdən sonra, kupe Britaniyaya gətirilib və satışa çıxarılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur















