Etibarnamə verərkən DİQQƏTLİ OLUN - Adınıza on minlərlə manat borc yazıla bilər - VİDEO

Son zamanların yeni dələduzluq növlərindən biri də vətəndaşları aldadaraq onların adına VÖEN açmaq, maliyyə əməliyyatları etmək, yaranmış vergi borclarını isə bu işdən xəbəri olmayan şəxslərə yönləndirməkdir. Hər kəs bu cür hallardan qorunmaq üçün tanımadığı şəxslərə etibarnamə verərkən diqqətli olmalıdır. Özünün də xəbəri olmadan 40 min manat vergi borcu yaranan Gəncə sakini Tahir Əliyev bu cür halla qarşılaşaraq çətin vəziyyətlə üzləşib.
Yeni tanış olduğu şəxsə inandı, VÖEN açdırıb etibarnamə verdi. Cəmi 70 manat maliyyə yardımı qarşılığında verdiyi razılıq ona baha başa gəldi.
3 ay keçməmiş adına 40 min manat vergi borcu olduğunu öyrəndi. Hadisə 30 yaşlı Gəncə sakini Tahir Əliyevin başına gəlib. O, bunu ölkədən çıxmaq istəyərkən sərhəddə öyrənib.
Tahir Əliyev məsələni aydınlaşdırmaq üçün onu aldadan Rövşən Məmmədov adlı şəxslə əlaqəyə girsə də heç bir nəticə əldə edə bilməyib. Ona cavab verilib ki, yaranmış problemi özü həll etməlidir, sonra isə əlaqə itib. Bizdə ittiham olunan şəxslə əlaqə saxlamaq istəsəkdə bu mümkün olmadı. Dövlət Vergi Xidməti isə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib. İndi işsiz olan Tahir Əliyev rəsmi qeydiyyatda bir neçə yerdə işləyir .Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti də heç bir nəticə verməyib.
Tahir Əliyev üzləşdiyi bu problemin qısa vaxt ərzində həll olunacağına ümid edir.
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO












