“Euro NCAP” testi dəyişir - 5 ulduz almaq daha da çətinləşdi - FOTO

“Euro NCAP” 2026-cı ildə ən yüksək təhlükəsizlik balını əldə etmək üçün avtomobillərin fiziki yoxlanmasını tələb edən yeni sınaq qaydaları tətbiq edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə qurum rəsmi açıqlama yayıb.
Avtomobil sənayesi üçün müstəqil və hörmətli bir təhlükəsizlik qurumu olan Avropa Yeni Vasitə Qiymətləndirmə Proqramı (NCAP), qiymətləndirdiyi nəqliyyat vasitələrinin fiziki yoxlanmasını tələb edən yeni qaydaları 2026-cı ilin yanvar ayında tətbiq etməyə hazırlaşır.
Yeni sınaq təlimatları qüvvəyə mindikdən sonra maksimum təhlükəsizlik reytinqinə uyğun olmaq üçün avtomobillər təhlükə xəbərdarlığı işıqları, göstəricilər, qabaq şüşə silənlər, SOS zəngləri və siqnal üçün düymələrdən, yığımlardan və ya joystiklərdən istifadə etməlidirlər.
Qeyd edək ki, “Euro NCAP”ın təhlükəsizlik qaydaları qanuni tələb deyil, lakin avtomobil istehsalçıları təhlükəsizlik reytinqlərinə ciddi yanaşırlar. Belə ki, sınaq könüllü olsa da, “Tesla”, “Volvo”, “Volkswagen” və “BMW” kimi şirkətlər avtomobillərinin təhlükəsizliyini potensial alıcılara vurğulamaq üçün beşulduzlu reytinqlərindən istifadə edir.
Xatırladaq ki, bəzi istehsalçılar əsas avtomobil idarəetmələrini toxunuşa həssas interfeyslərin arxasına yerləşdirməklə şöhrət qazanıblar. Bu xüsusiyyətlərlə bağlı şikayətlərin azlığı yoxdur, lakin avadanlıq istehsalçıları toxunma ekranı interfeysləri istehsal etməyə davam edirlər. Çünki onların istehsalı fiziki düymələr və yığımlardan daha sərfəli olur.
Buna görə də, bu cür qiymətləndirmələr zamanı xalların ləğv edilməsi riski böyükdür. Yəqin ki, bu yeni avtomobillərdə daha az ekran görməmizə səbəb olacaq.
Məhəbbət Tərlanoğlu
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












