Fevralın 1-dən avtomobil sahibləri utilizasiya haqqı ödəyəcək - VİDEO

Fevralın 1-dən etibarən sürücülər avtomobillərini texniki baxışdan keçirən zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.
Ekspertlər bildirir ki, utilizasiya haqqında qanun ölkədə avtomobil parkının yenilənməsi üçün nəzərdə tutulub.
Statistikaya görə, ölkəyə 5 il ərzində 270 mindən çox avtomobil gətirilib. Lakin bunların hamısı yeni avtobil deyil və ölkənin avtomobil parkına nəzər salsaq, demək olar ki, bu avtomobillərin böyük əksəriyyəti işlənmişdir.
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, utilizasiya haqqı avtomobilin ilinə görə dəyişir. Lakin avtomobilini utilizasiyaya göndərmək isə hələ ki, sürücünün qərarından asılıdır.
Bəs utilizasiya fondu nədir?
Ekspertin sözlərinə görə, dünya təcrübəsində də bu fond var. Bəzi ölkələrdə fondun xərcləri dövlət tərəfindən qarşılansa da, əksər ölkələrdə fond sürücülər tərəfindən maliyələşdirilir. Bundan başqa, ödənilən utilizasiya haqqı toplanır və avtomobil utlizasiyaya göndəriləndə sürücüyə verilir.
Ölkəmizdə avtomobil parkının 70-80 faizini 20 ildən və ondan daha çox istehsal tarixi olan avtomobillər təşkil etdiyindən, qeydə alınan yol nəqliyyat hadisələrinin də ağırlıq dərəcəsi çox olur.
Qeyd edək ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










