FHN xəbərdarlıq etdi - Belə hallara yol verənlər 500 manatadək cərimələnəcək - VİDEO

Bəzən vətəndaşlar hadisə yerinə yanğınsöndürən avtomobillərin vaxtında çata bilməməsini tənqid edirlər. Amma burda vətəndaş məsuliyyətsizliyinin də müəyyən rolu var. Indi təqdim edəcəyimniz süjetdə də bu əyani görünür. Belə ki, sakinlər avtomobillərini nizamsız şəkildə saxladıqlarından yanğınsöndürən texnikalar şərti yanğın ərazisində girə bilməyiblər. Belə halların qarşısını almaq üçün fövqəladə hallar nazirliyi hansı tədbirlər görəcək?
Sayrışan işıqlarını yandıran yanğın söndürən avtomobillər həyacan siqnalı ilə binanın qarşısına gəlir.
Şərti yanğın təlimi Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların qarşısında keçirilib. Bəzən insanlar yanğınsöndürənləri hadisə yerinə vaxtında çata bilməmələri ilə bağlı tənqid edirlər. Görünən odur ki, bu məsələdə vətəndaşların da məsuliyyəti önəmli rol oynayır. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları şəxsi heyətin və xüsusi təyinatlı texnikaların yaşayış kompleksinin həyətinə çata bilməməsini əyani şəkildə göstəriblər.
Xüsusi ilə də çoxmərtəbəli binlarda baş verən yanğın zamanı əhəmiyyətli rol oynayan avto-nərdivan isə ümumiyyətlə şərti yanğın yerinə daxil ola bilmədi.
Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil.
Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, belə hallar daha çox paytaxtda yaşanır. Dəfələrlə xəbərdarlıq edilsə də nə sakinlər, nə də MTK-rəhbərləri tədbir görürlər.
Qeyd ədək ki, inzibati xətalar məcəlləsinin 536-cı yəni ''Yanğın Təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə'' görə, fiziki şəxslər 70-100, vəzifəli şəxslər isə 350-500 manatadək cərimə edilirlər.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










