"Fiat Toro" pikapını yenilənib - FOTO

Kommersiya avtomobillərini nəzərə almasaq, Fiat markasının qlobal model çeşidində olan ən iri ölçülü minik avtomobili Jeep Compass krossoverinin platformasında inşa edilmiş 4,9 metr uzunluğundakı Toro pikapıdır.
2016-cı ildə debüt edən və yalnız Latın Amerikasında satılan pikap (Ram markası da daxil olmaqla) artıq 335 min alıcısını tapıb. Stellantis ittifaqı Toro pikapını ABŞ və Kanada bazarlarına çıxarmağı planlaşdırmır.
Fiat şirkəti pikapı yeniləmək qərarına gəlib və onun yenilənmiş versiyasını Braziliyada təqdim edib. İlk baxışdan pikapın eksteryerinin, demək olar ki, dəyişmədiyi görünür: ön tərəfin ikimərtəbəli arxitekturası dəyişilməz qalıb. Əslində yenilənmiş pikap yeni kapota (Ram pikaplarında olduğu kimi mərkəzdəki boşluq ilə), fərqli radiator barmaqlığına və düzbucaqlı duman işıqları ilə təchiz edilən dəyişdirilmiş ön bamperə sahib olub. Üstəlik, yenilənmiş pikap LED fənərləri olan ilk Braziliya Fiat'ıdır.
Yenilənmiş Fiat Toro pikapı Braziliya bazarında may ayında satışa çıxarılacaqdır. Pikapdan sonra, ilin ikinci yarısında, Fiat şirkətinin ənənəvi olaraq debütünü təxirə saldığı Fastback krossoveri işıq üzü görəcəkdir. Fiat Fastback konseptinin 2018-ci ildə nümayiş etdirilməsinə baxmayaraq, onun seriya versiyası hələ də təqdim olunmayıb. Bu krossover Progetto 363 kodu altında tanınır və onun turbomühərrikə sahib olacağı açıqlanıb.




Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










