"Ford" cari ilin birinci rübündə 2 milyard dollar zərərə uğrayıb

Amerikanın "Ford Motor" avtomobilqayırma şirkəti 2020-ci ilin birinci rübündə 2 milyard dollar zərərə uğrayıb.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, "TASS"-ın verdiyi məlumata görə, birinci rübdə şirkət 34,3 milyard dollar qazanc əldə edib, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 15 faiz daha azdır. Zərər 2 milyard dollar təşkil edib.
Bildirilir ki, 2019-cu ilin birinci rübündə şirkət 1,1 milyard dollar gəlir əldə edib. Hesabat dövründə "Ford" topdan satış həcmini 2019-cu ilin birinci rübü ilə müqayisədə 21% azaldıb.
Şirkətin hesabatında deyilir: "Koronavirus pandemiyası nəticəsində "Ford"un birinci rübdəki fəaliyyət göstəriciləri əhəmiyyətli dərəcədə azalıb".
Şirkət, həmçinin "böhran dövründə insanları müdafiə və cəmiyyətə yadım etdiyini" bildirib. Vurğulanır ki, "Ford" pandemiya ilə əlaqədar yüzlərlə təcili yardım maşını, bir neçə milyon qoruyucu maska, 50 min süni tənəffüs cihazı və 100 min respirator istehsal edəcək.
Qeyd edək ki, martın 18-i ABŞ-ın "General Motors", "Ford" və "Fiat Chrysler" avtomobilqayırma şirkətləri koronavirusun yayılması səbəbilə ABŞ-dakı bütün zavodlarının bağlanması barədə razılığa gəliblər. Zavodların bağlanması bu müəssisələrin təxminən 150 min əməkdaşına təsir edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












