"Ford" dünya üzrə iri avtomobil partiyasını geri çağırır

ABŞ-ın "Ford Motor Co." şirkət müxtəlif nasazlıqlar səbəbindən dünya üzrə 850 mindən çox avtomobili geri çağırır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir. Məlumata görə, "Ford" 2013-2017-ci illərdə istehsal olunan 774 696 "Ford Explorer" avtomobilini arxa təkərlərin tənzimləmə qollarında çatlaqlara səbəb ola biləcək qüsur səbəbindən geriyə çağırır. Sözügedən avtomobil modelinin sahibləri səs-küy və ya qeyri-adi idarəetmə xüsusiyyətləri müşahidə və ya avtomobilin idarə edilməsində çətinlik çəkə bilər. Sözügedən qüsur qəza riskini artırır.
Geriçağırma kampaniyası Şimali Amerikada təxminən 676 152, Çində 59 935, "Ford"un beynəlxalq bazarlarında 25 257, Avropada 13 162 və Cənubi Amerikada 190 avtomobili əhatə edir. Qeyd olunur ki, bu avtomobillərin 4 sentyabr 2012-ci il – 30 sentyabr 2017-ci il tarixləri arasında Çikaqo montaj zavodunda və 28 yanvar 2013-cü il – 28 iyul 2017-ci il tarixlərində Rusiyadakı Yelabuqa zavodunda istehsal olunub.
Şirkət həmçinin digər qüsurları olan iki başqa geriçağırma kampaniyası da elan edib. Bunlardan biri 2020-2021-ci illərdə istehsal olunan təxminən 41 min "Lincoln Aviator" avtomobilini əhatə edir ki, bunlardan 36,3 mini Şimali Amerika, 2,6 mini beynəlxalq "Ford" bazarları, 2,1 mini isə Çinin payına düşür. Digər bir geriçağırma Şimali Amerikada olan təxminən 34,86 min "Ford F-350 Super Duty" avtomobil modelinə aiddir. Sözügedən avtomobillərinin 34 939-u Şimali Amerikanın payına düşür.
Xatırladaq ki, "Ford" konserni 1903-cü ildə Henri Ford tərəfindən təsis olunub.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










