Ford şirkəti Mondeo modelini krossoverə çevirəcək

Ford şirkəti Mondeo modelinin konsepsiyasını radikal şəkildə dəyişmək niyyətindədir. Son 20 ildə Mondeo sedan və universallarına olan tələbat kəskin surətdə azalmağa başlayıb. Xatırladaq ki, modelin satışlarının pik həddə çatdığı 2001-ci ildə Britaniyada 86 minə yaxın Mondeo satılıb. Bu markanın adadakı ümumi satışlarının 21 faizini təşkil edirdi.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, amerikan markasının rəhbərliyi Mondeo modelini krossoverə çevirmək qərarına gəlib. Məlum məsələdir ki, son zamanlar dəbdə olan krossoverlər daha geniş alıcı auditoriyasını cəlb edirlər.
2022-ci ildə istehsala gedəcək yeni krossoverin sınaq prototpləri artıq ümumi istifadə yollarında casuslara rast gəliblər. Yeni Ford Mondeo krossoveri təkcə hetçbek və universalın yerini Doldurmalı deyil, eyni zamanda istehsaldan çıxardılmış B-Max və C-Max minivenlərinin alıcılarını da cəlb etməlidir.
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır











