“Formula-1” tarixinin ən qəribə və ağlasığmaz bolidləri - FOTO

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, “Formula-1” yarışlarının milyonlarla pərəstişkarı var. Bu yarışlarda rəqabət yüksək olduğundan, yürüşlərdə iştirak edən komandalar maşınları daim modernləşdirirlər. “Formula-1” tarixinin modernləşmə mərhələsində qeyri-adi və ağlasığmaz maşınlar çox olub. İndi onların əksəriyyəti “ömrünü” başa vurub.
“F-1”-in 7 qeyri-adi avtomobilini təqdim edirik.
“Tyrrell” P34
Şübhəsiz, “Formula-1”-in ən qəribə avtomobillərindən biridir. Bu avtomobil 6 təkərli idi. 4 kiçik təkərlər öndə, 2 böyük təkərlər isə arxada. Bu da müqaviməti aşağı salır, qabaq təkərlərlə ümumi bir ünsiyyət yaradırdı. “Tirrell” kifayət qədər uğurlu avtomobil olub. Bu qəribə maşın 1976 və 1977-ci illərdə 30 dəfə Qran-pri turnirində start götürüb. Bir qələbə qazanıb və 13 dəfə pilotları podiuma gətirib.
“Williams” FW07D
Bu avtomobildə də altıtəkərli eksperiment aparılıb. Bolid FW07D Alan Cons tərəfindən 1981-ci ildə Doninqtonda sınaqdan keçirilib. Həmin vaxt avtomobildə 4 ötürücü arxa təkər də var idi. Sonradan bu layihə FW08B formatına çevrildi ki, onda da 6 təkər mövcud idi. Bu tip konstruksiyalı maşınlara FİA tərəfindən qadağa qoyulduğundan, “Uilyams” Qran-pri yarışlarında debüt edə bilmədi.
“March” 711
Bu, qəribəlikləri ilə yanaşı, ən gözəl maşınlardan biri idi. Maşının ön antiqanad hissəsi sörfinq lövhəsini və ya çay sinisini xatırladırdı. Özünəməxsus estetikasına baxmayaraq, maşın çox sürətli idi. Ronni Peterson bu maşınla 5 podiumda yer aldı. 1971-ci ildə isə ümumi hesabda ikinci yeri tutdu.
“Ensign” N179
Bu anlaşılmaz avtomobil “F-1”-də 1979-ci ildən şütüməyə başladı. O, rəqabətədavamlı deyildi və burun hissəsindəki “asma nərdivan”a görə pis görünürdü. Mühərrik daim qızdığna görə, tezliklə N179 modernləşdirildi. Amma bu da kömək etmədi və maşından fayda gəlməyəcəyi bəlli oldu.
“Brabham” BT46B
Məşhur Qordon Marrinin “övladı”. Bolid arxa hissədə böyük ventilyatorlarla təchiz olunub. Niki Lauda bu maşınla İsveçdə keçirilən elə ilk yürüşdə qalib gəldi. Lakin mübahisə, etiraz və şübhələr ucbatından avtomobil qadağan olundu.
“Eifelland” 21
Cəmi bir mövsüm “yaşamış” daha bir avtomobil. Bu maşın 1972-ci ildə “March” 721-in əsasında hazırlanıb. Avtomobilin arxa görüntü üçün cəmisi bir güzgüsü var idi. Pilot Rolf Ştommelen bu maşınla 8 Qran-pridə start götürüb, 6 dəfə finişə çatıb. Ən yaxşı nəticəsi isə 10-cu yer olub. Bu maşın dünya çempionatları tarixində ən qeyri-adilərdən hesab olunur.
“Ligier” JS5
“Ligier” komandasının ilk bolidi. 1976-cı il mövsümündən başlayaraq istifadə olunurdu. Karikaturaçılardan biri onu çaydana bənzətmişdi. 16 yürüşdə 3 dəfə podiuma qalxıb. Komandaya 20 xal qazandırıb ki, bu da konstruktorlar kubokunda 5-ci yeri tutmağa imkan verib.
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO
Köhnə avtomobillərə yaş limiti tətbiq olunacaq? - EKSPERT CAVABLANDIRDI
Bakıda "Gelandewagen"i qarajda təkərsiz qoydular - Dördü də oğurlandı

















