Geely Binyue modeli Pro idman versiyasında təklif ediləcək

Geely şirkəti Binyue modelinin "qaynar" Pro versiyasını buraxacağını bəyan edib. "Qaynar" Geely Binyue Pro krossover 1,5-litrlik üçsilindrli turbomühərrikin gücü artırılmış versiyasına xə xüsusu dekora sahib olacaqdır.
Geely şirkəti hələlik yalnız Binyue Pro modelinin rəsmi şəkillərini paylaşmaqla kifayətlənib. Pro modifikasiyası adi krossoverdən daha aqressiv dizaynı olan ön bamperləri, qara rəngli təkər disləri, qırmızı əyləc supportları, kuzovun ikirəngli boyama sxemi və iki cütlənmiş çıxış borulari olan buraxılış sistemi ilə seçiləcəkdir. Bundan başqa, krossover damda quraşdırılmış spoylerə, "karbondan" güzgü korpuslarına və interyerin idman üslubunda tərtibatına malik olacaqdır.
Daxili bazarda Pro modeli 177 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbomühərrik, həmçinin eyni mühərrikin 48-voltluq startyor-generator ilə təchiz edilmiş yumşaq hibrid versiyası (190 at qüvvəsi və 300 Nm) və qoşulan hibrid güc qurğusu (258 at qüvvəsi və 415 Nm) ilə təchiz ediləcəkdir. Sonuncu versiya elektrik ötürməsi ilə 62 kilometrə qədər məsafə qət edə bilər.
Geely Binyue Pro modelinin texniki hissəsi və qiymətləri barədə məlumat 15 apreldə açıqlanacaqdır. Yalnız bundan sonra, sifarişlərin qəbuluna start veriləcəkdir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












