Gəncədə yol polisi narkoman sürücü və saxta nömrəli maşın aşkarladı - FOTO - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib. Bundan başqa polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi və saxta qeydiyyat nişanları ilə idarə etməsi aşkarlanıb. Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara “Yol hərəkəti” haqqında qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
Emin
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq

















