Genesis Avropa bazarına daxil olur - FOTO

Koreyanın Genesis markası altı ildir ki fəaliyyət göstərir, ancaq yalnız bu il rəsmi olaraq ən vacib və böyük bazarlarından ikisinə daxil olur. Aprel ayında premium Koreya markası Çində debüt edib. İndi isə, Koreya istehsalçısı Avropada satışların başlandığını elan edir. Bu yay Köhnə Dünyada Genesis G80 sedanı və Genesis GV80 krossoveri satışa çıxarılacaqdır.
Avropa bazarında satılacaq avtomobillər üçün xüsusi şassi parametrləri hazırlanıb. Mühərrik çeşidi həllikə açıqlanmasa da, böyük ehtimalla, hər iki modelin arsenalında turbodizellərə yer veriləcəkdir. Qiymətlər satışların başlanmasına yaxın vaxtda açıqlanacaqdır.
Bu modellərin ardınca Genesis G70 sedanı (restaylinqdən sonra) və Genesis GV70 krossoveri, habelə bir müddət bundan öncə təqdim edilmiş Genesis Electified G80 elektrik sedanı satışa çıxarılacaqdır. Yaxın bir il ərzində bu avtomobillərin sırasına, xüsusi olaraq Avropa üçün hazırlanacaq və E-GMP elektrik platformasına əsaslanacaq daha iki elektromobil qatılacaqdır. Maraqlıdır ki, Genesis G90 flaqman sedanı Avropa bazarında təklif edilməyəcəkdir.
Ancaq ən maraqlısı odur ki, Genesis şirkəti Avropadakı biznesini diler şəbəkəsi olmadan quracaqdır! Şirkət yalnız birbaşa satışlara üstünlük verir. Əsas satış kanalı onlayn olacaqdır - avtomobil alıcıya onunla razılaşdırılmış ünvana çatdırılacaqdır. Avtomobili satın almazdan əvvəl ona "toxunmaq" ehtiyacı duyanlar üçün isə, bir neçə firma butiki təşkil ediləcəkdir. İlk belə butiklər tezliklə London, Münhen və Sürixdə açılacaqdırlar./autograph
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!














