Genesis GV80 krossoveri 10 mindən çox öncədən sifariş toplayıb

Avtoxəbər 14 May 2020 14:12 Oxunub 2133
Genesis GV80 krossoveri 10 mindən çox öncədən sifariş toplayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymətlər hələlik səsləndirilməyib

Hyundai şirkətinin premium subbrendi olan Genesis markası ilk krossoverini yanvar ayında nümayiş etdirib. Genesis GV80 modelinin istehsalına yay aylarında başlamasına baxmayaraq, premium krossover təkcə ABŞ-da 10.000 çox sifariş toplaya bilib. Mart ayının sonunda debüt etmiş Genesis G80 modeli də yaxşı başlanğıc edib - artıq yeni sedan 1.500 öncədən sifarişi toplamağa müvəffəq olub

"Roadshow" dərgisinə müsahibə verən ABŞ nümayədəliyinin rəhbəri Mark Del Rosso, krossoverə və yeni sedana olan tələbatın təklifi üstələyəcəyindən əmin olduğunu bildirib. Del Rosso, Genesis GV80 krossoverinin uğurunun əsas  səbəbinin onun heyranedici dizaynında olduğunu düşünür. 

 

Genesis GV80 modelinin qabarit uzunluğu 4945 mm, eni 1975 mm, hündürlüyü isə 1715 mm təşkil edir. Modelin təkər bazasının genişliyi 2955 mm-dir. Beləliklə, GV80 modeli X5 krossoverindən 23 mm uzun, 29 mm ensiz və 30 mm alçaqdır. Koreya krossoverinin təkər bazası da rəqibindən 20 mm qısadır.

Avtomobilin dizaynı üzərində markanın üç dizayn mərkəzinin (Cənubi Koreya, ABŞ və Almaniya) mütəxəssisləri işləyiblər. Krossoverin kuzovu poladdan hazırlansa da, qapılar, kapot və baqaj qapağı alüminiumdan hazırlanıb. Bundan başqa, Genesis GV80 modeli 22-düymlük təkər disklərinə sahib olan ilk koreya avtomobilidir. Bu disklər ən bahalı versiyalar üçün nəzərdə tutulub, sadə versiyalarda isə disklərin ölçüləri 19 və ya 20 düym olacaqdır.

 

Krossoverin əsasını uzununa yerləşən mühərrikə, arxa ötürməyə malik olan platforma təşkil edir. Tam ötürmə - opsiyadır. Tam ötürmə ön oxu qoşan çoxdiskli muftaya, elektronika ilə idarələnən arxa differensiala malikdir. GV80 qar, qum və palçıqda hərəkət üçün rejimlərə də sahib olub.

Genesis GV80 modeli standart olaraq adi yay və amortizatorlar, əlavə ödənişlə isə adaptiv amortizatorları olan asqı ilə təchiz edilir. Elektronika avtomobilin önündəki yolu skan edən ön kameranın məlumatlarına əsasən amortizatorların sərtliyini tənzimləyir.

 

Genesis GV80 modelinin mühərrik çeşidinə 305 at qüvvəsi hasil edən 2,5-litrlik dördsilindrli turbomühərrik və 375 at qüvvəsi təklif edən 3,5-litrlik V6 turbomühərriki daxil edilib. Hər iki turbomühərrik 8-pilləli avtomatik qutu, arxa və ya differensialın elektron qapanması olan tam ötürmə ilə təchiz edilir. Xatırladaq ki, vətənində Genesis GV80 modeli 278 at qüvvəsi hasil edən 3,0-litrlik sıralı altısilindrli dizel mühərriki ilə təklif edilir.

 

Genesis GV80 modelinin interyerində rəvan cizgilər hökm sürür. Burada ikiqollu sükan çarxına, aşağı «mərtəbəsi» olan iri mərkəzi tunelə rast gəlmək olar. Krossover 12,3-düymlük rəqəmsal cihazlar panelinə, multimedia sisteminin 14,5-düymülk genişformatlı displeyinə və proyeksiya displeyinə sahib olub. Sürücünün sağ əlinin altında əlyazması ilə yazılan məlumatlar üçün sensorlu panel də mövcuddur.

Az'rbaycan bazarında gəldikdə isə, Genesis GV80 krossoverinin və G80 sedanının ilin ikinci yarısında satışa çıxacağı göslənilir. Qiymətlər hələlik səsləndirilməyib. Çox güman ki, satışlarına başlanmasına yaxın yerli nümayəndə bu barədə ətraflı məlumat verəcəkdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh