Gürcüstanın avtomobil bazarında dərin böhran yaranıb

Gürcüstanda koronavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət, sərhədlərin bağlanması və ümumi karantin yerli avtomobil bazarında dərin böhrana səbəb olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avtodilerlər vəziyyətin daha da pisləşəcəyini proqnoz edirlər. Onların sözlərinə görə, indiki şəraitdə əhali gündəlik tələbat məhsulları və maşın arasında seçim etməli olurlar. Əlbəttə ki, böyük əksəriyyət birinciyə üstünlük verir və avtomobil almağı gələcəyə saxlayır.
Avtomobil bazarı tam dayanmaqla yanaşı, onlayn satışlar da 50% azalıb.
Məqalədə qeyd olunub ki, avtomobillərin qiyməti dəyişməz qalsa da, potensial alıcılar mövcud vəziyyətə görə maşın almaqdan çəkinirlər və öz maliyyə imkanlarını digər həyati əhəmiyyətli istiqamətlərə yönəldirlər.
Qeyd edək ki, avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsuludur. Bu ilin yanvar-fevral aylarında qonşu ölkə 99,6 milyon ABŞ dolları dəyərində minik maşını ixrac edib ki, bu malın ümumi ixracdakı payı 18,9%-ə bərabər olub. Hesabat dövründə ixracın 61%-i Azərbaycanın payına düşüb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












