Hava filtri: təzələyək, yoxsa təmizləyək? - FOTO

Hava filtri mühərrikin vacib detalıdır. Bakı kimi tozlu şəhərdə bu detalın əhəmiyyəti xüsusilə böyükdür. Filtrin təyinatı tozun, qumun və həşəratların mühərrikə daxil olmasının qarşısını almaqdır. Filtr dolduqda mühərrikin iş rejimi pozulur, yanacaq sərfiyyatı artır, güc azalır.
Son vaxtlar bəzi sürücülərdə belə bir vərdiş yaranıb: onlar hava filtrini ayda bir dəfə təkər təmiri sexlərində təzyiqli hava ilə təmizlədib yerinə taxırlar. Guya bu yolla filtr təmizlənir. Düzdür, “təmizlənən” filtrin buraxıcılığı artır, lakin fəsadları da çox olur.
Əvvəla, yüksək təzyiqli havanın tərpətdiyi hissəciklər ilk sürətlənmə zamanı mühərrikə sorularaq silindr divarını aşındırır. İkinci, təzyiqli təmizləmə zamanı kağız süzücü elementdə çat və cırılma əmələ gəlir. Tozlu hava bu deşikdən sorularaq birbaşa mühərrikə gedir və “işini görür”.
Sibirin 30 dərəcə şaxtasında, hər yer qarla örtülü ikən hava filtri olmadan həftələrlə keçinmək olar. Lakin Azərbaycan şəraitində heç bir gün də mümkün deyil.
Vüqar
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!














