Hava yastığı nə zaman sürücünün barmaqlarını qırır?

Sürücülük məktəblərində öyrədilən ilk praktik məsələ sükan arxasında düz əyləşmək və sükanı düz tutmaqdır. İlk baxışdan adi görünən bu məsələ əslində çox şeyi həll edir. Düz oturan sürücü az yorulur, anında reaksiya verə bilir və s.
Lakin çox vaxt sükanın düz tutulmadığının şahidi oluruq. İlk baxışdan insana elə gəlir ki, sürücü sanki sükandan sallanır. Belə hal xüsusən yorğun sürücülərdə müşahidə edilir. Bəs belə oturuşun fəsadı nə ola bilər?
Son zamanlar demək olar bütün avtomobillər hava yastıqları ilə təmin edilib. Qəza zamanı yastıqlar ani olaraq böyük zərbə ilə açılır. Sürücü sükanın yuxarı hissəsindən yapışıbsa, bu zaman zərbənin təsirindən onun barmaqlarının sınması qaçılmazdır.
Kəmər taxmayan və ya düz əyləşməyən sürücünü daha pis aqibət gözləyir. O ki qaldı bəzi lovğa sürücü və sərnişinlərin “mən istənilən vəziyyətdə özümü saxlaya bilərəm” iddiasına, bunu hələ heç kim sübut edə bilməyib. Fizika qanunları insan iradəsinin fövqündədir.
Vüqar
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












