Hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Avtosfer.az quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, ilkin qiyməti 9 900 manat olan “Volkswagen Passat” markalı avtomobil 11 000 manata satılıb. Start qiyməti 1 200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 3 600 manata özəlləşdirilib.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün nəqliyyat vasitələri üzrə növbəti hərraclar 14, 17, 21 və 29 may tarixlərində keçiriləcək.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, əmlakın ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Keçirilmiş hərraclara çıxarılan əmlaklara ümumilikdə 84 sifariş qəbul edilib. Bunlardan 25-i elektron qaydada qeydə alınıb.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












