“Honda” növbəti nəsil elektrik avtomobilləri buraxacaq

Yaponiyanın “Honda Motor” şirkəti 2027-ci ilə qədər Çində “Ye” brendi altında altı elektrik avtomobili (EV) modeli buraxmağı planlaşdırır.
Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, 2035-ci ilə qədər ölkədə elektrik avtomobillərin 100 faizlik satışını təmin etmək məqsədilə, şirkət, həmçinin 2027-ci ilə qədər Çində “Honda” brendi altında ümumilikdə 10 elektrik avtomobil modeli buraxmağı planlaşdırır.
Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı “General Motors” və “Volksvagen” kimi Avropa və Amerika rəqiblərindən avtomobillərin satış sürətində geri qalır.
Çinin elektrik avtomobilləri istehsalçıları tərəfindən artan rəqabət ilə üzləşən “Honda” və “Nissan Motor” ötən ay bildiriblər ki, əsas komponentlər və proqram təminatı sahəsində tərəfdaşlıq imkanını nəzərdən keçirirlər.
Yanvar ayında “Honda” “Honda 0 Series” elektrik avtomobillərini və iki konseptual modelini Las-Veqasdakı “CES” sərgisində təqdim edib.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












