Hyundai Creta yeddi yerli modifikasiyaya sahib olacaq

Cənubi Koreyada yeni Hyundai Creta modelinin 20 mm uzadılmış təkər bazasına və üçüncü oturacaq cərgəsinə malik olan prototipi sınaqdan keçirilir. Prototip adi Creta krossoverindən eksteryer dizaynı və yeddi yerli salonu ilə fərqlənir.
IndianAutosBlog saytı tərəfindən yayımlanan şəkildəki prototip duman işığının üstündə yerləşən parktronik sisteminin sensorları ilə təchiz olunmuşdur. Prototip adi Creta modelindən radiator barmaqlığının naxışı və genişlənmiş arxa kuzov çıxışı ilə fərqlənir. Bundan başqa, avtomobilin arxa dayağında kamuflyajla örtülmüş əlavə pəncərəni görmək olar. Krossoverin sükan çarxının sağ tərəfdə yerləşməsi də diqqəti çəkir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, yeddi yerlik Hyundai Creta 2021-ci ildə Hindistan bazarında satışa çıxarılacaqdır. Böyük ehtimalla, Grand Creta standart model ilə eyni mühərrik çeşidini bölüşəcəkdir. Krossover, 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 140 at qüvvəli benzin turbomühərriki və 115 at qüvvəli 1,4-litrlik turbodizel ilə təchiz ediləcəkdir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












