Hyundai şirkəti i20 N modelinin qış sınaqlarından danışıb - VİDEO

Gec də olsa, Hyundai şirkəti yeni "qaynar" i20 N hetçbekinin İsveçin Aryeploq poliqonunda keçirilmiş qış sınaqları barədə məlumatla bölüşmək qərarına gəlib. Xatırladaq ki, bu poliqon avtoistehsalçılar arasında çox populyardır və onlara yeni modellərini sərt şaxtalarda, qar və buz üzərində sınamaq imkanı verir.
Hyundai şirkəti idman prototiplərini ekstremal hava şəraitində sınamaq üçün gətirdiyini bildirib. Qış testlərində "mülki" modellər ilə yanaşı, Dünya ralli çempionatında iştirak edəcək i20 WRC hetçbeki və eksperimental ortamühərrikli Hyundai RM19 modeli də iştirak edib. Prototiplərin sınaqlarının aparılması isə, Hyundai komandasını WRC çempionatında təmsil edən Tyerri Nyövilə həvalə edilib.
İstehsalçının bildirdiyinə görə, ralli pilotu i20 N modeli haqqında yüksək fikirdə olduğunu bildirərək, onun maraqlı, dəqiq və idarəetmədə sadə olduğunu qeyd edib. Bununla belə, Hyundai şirkəti avtomobil haqqında texniki məlumatı açıqlamayaraq, onun kamuflyajlı şəkilləri ilə paylaşmaqla kifayətlənib.
Ehtimallar arasında, i30 N modelindən tanış olan 275 at qüvvəli 2,0-litrlik turbomühərrik də var. Lakin, iki model arasında məsafəni qorumaq üçün, i20 N modeli 200 at qüvvəli 1,6-litrlik turbomühərriki ilə də təchiz edilə bilər.
Hyundai şirkəti i20 N modelini yaxın zamanlarda təqdim edəcəyini bildirib. Hyundai i20 N modelinin əsas rəqibləri Ford Fiesta ST və Toyota GR Yaris hetçbekləri olacaqdırlar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












