İntermodal yük daşımaları sadələşdirilir

Azərbaycanın tranzit potensialının inkişafı istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər sırasında intermodal daşımaların sadələşdirilməsi mühüm yer tutur.
Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Qazaxıstan və Türkmənistan istiqamətində konteyner yüklərinin daşınmasında gömrük prosedurlarının sürətləndirilməsi məqsədilə Bakı limanında və Hövsan qəsəbəsi limanında yol sənədi dəyişdirilmədən yalnız vaqonların nömrələri dəyişdirilir:
"Biznes mühiti və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi ilə bağlı tədbirlərin yaxşılaşdırılması məqsədilə yeni Avropa Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində addımlar atılıb.
Belə ki, 2020-ci il iyunun 1-dən 2022-ci il martın 31-dək Ümumi Tranzit Prosedurları haqqında Konvensiyaya qoşulmaq, məhsul ticarətində sənədləşməni sadələşdirmək və yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulma prosesində Dövlət Gömrük Komitəsinə dəstək olmaq məqsədilə Aİ müvafiq tvinninq layihəsi reallaşdırıb. Onun əsas məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında ticarət prosedurlarını sadələşdirmək olub", - deyə DGK-dan bildirilib".
"Vahid sənədləşmədən istifadə etməklə NCTS-dən istifadə gömrük prosedurları üçün tələb olunan sənədlərin sayını minimuma endirib. Bundan əlavə, bu sənəd yükdaşımanın bütün marşrutu üzrə elektron məlumat mübadiləsi vasitəsilə mümkün risklərin qiymətləndirilməsini sürətləndirməyə imkan verib. Həmçinin, bu qərarın köməyi ilə biz "Made in Azerbaijan" brendi altında Azərbaycan mallarını xarici bazarlara, o cümlədən Aİ bazarlarına çıxarmaq üçün əlavə imkan əldə etdik", - deyə mətbuat xidmətindən qeyd ediblər.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Qazaxıstan "CAREC - Advanced Transit System (CATS)" proqramı çərçivəsində NCTS əsasında alternativ rəqəmsal tranzit sistemindən istifadə üçün proqram təminatına müqavilə və texniki şərtlər hazırlayıblar.
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR










