İnternetdən saxta sürücülük vəsiqəsi alan 10 uşaq anası həbs edildi

Rusiyanın Primorsk bölgəsində 10 uşaq anası internetdən aldığı saxta sürücülük vəsiqəsinə görə həbs olunub. Avtosfer.az Mixaylovski Rayon Məhkəməsinin saytına istinadən xəbər verir ki, qadının yalanı sürücülük vəsiqəsində soyadını dəyişdirmək istəyərəkən üzə çıxıb və o, polis tərəfindən saxlanılıb.
Çoxuşaqlı qadının cinayət işinə Mixaylovski Rayon Məhkəməsində baxılıb.
İş materialları əsasında müəyyən edilib ki, o, 100.000 rubl (1899 manat) ödəyərək internetdən sürücülük vəsiqəsi sifariş verib və onu poçt vasitəsi ilə alıb. Qadın evlənənə və soyadını dəyişdirənə qədər vəsiqəni bir ildən çox istifadə edib. Sürücülük vəsiqəsində soyadını dəyişdirmək istəyən qadın müvafiq quruma müraciət edib və vəsiqənin saxta olduğu bundan sonra üzə çıxıb.
Məhkəmə qadını Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib və ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Namiq Musayev
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












