İşlənmiş akkumulyatorları təhlükəsiz utilizasiya üçün qayda QÜVVƏYƏ MİNDİ

Martın 1-dən etibarən Rusiyada bütün hüquqi şəxslər işlənmiş akkumulyatorları təhlükəsiz utilizasiya üçün Federal ekoloji operatora təhvil verməli olacaqlar. Avtosfer.az bildirir ki, TASS agentliyinin xəbərinə görə, artıq tariflər də müəyyən edilib. Hökumətin qərarında göstərilir ki, hüquqi şəxslər öz fəaliyyətləri zamanı yaranan turşulu akkumulyator tullantılarını II kateqoriya təhlükəsinə aid edilən tullantı kimi təhvil verməlidirlər. Yeni qayda bu tullantıları özləri emal edə bilən şəxslərə şamil edilmir.
Əhaliyə gəldikdə isə, akkumulyator qəbulu məntəqələri fəaliyyətlərini köhnə qaydada davam etdirəcək. fiziki şəxslər bu tullantıları məntəqələrə məhdudiyyətsiz təhvil verə biləcəklər.
Qeyd edək ki, Rusiyada son illərdə işlənmiş akkumulyatorların toplanmasından qəbul məntəqələri kifayət qədər böyük vəsait əldə edib. Bəzi adamlar kəndləri gəzərək bu avadanlığı ucuz qiymətə toplayaraq rayon mərkəzində sataraq qazanc əldə edirlər. Beləliklə, həm bir qrup adam gəlir əldə edir, həm də ekoloji çirklənmə azalır.
Vüqar
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi











