Maşın alan dostların maşınları müsadirə edildi - Saatda 225-lə sürüblər

Bu hadisə 22 və 23 yaşlı 2 Fransa vətəndaşının başına gəlib. Avtosfer.az-ın xəbərinə görə, Strasburqda yaşayan 2 dost Cenevrəyə ucuz maşın dalınca gediblər. Onlar avtomobil alıb qayıdarkən Cenevrə yaxınlığında polis reydində “ilişiblər”.
Məlum olub ki, onlardan biri 110 km/saat limiti olan yolda 200 km/saat, digəri isə 225 km/saat sürətlə hərəkət edir. Gənclərdən birinin sürücülük vəsiqəsinin müvəqqəti olduğu, həm də narkotik qəbul etdiyi üzə çıxıb. Hər 2 sürücünün vəsiqələri əllərindən alınıb, avtomobillər isə cərimə meydançasına aparılıb.
Fransa və İsveçrə qanunlarına nəzər salsaq məlum olar ki, avtomobillər böyük ehtimalla metal tullantısı kimi təhvil veriləcək. Üstəgəl, sürücülərdən biri yenidən imtahan verib vəsiqə almalı olacaq. Digəri isə təkrar oxuya bilmək üçün ilk növbədə narkotik asılılığından qurtarmalıdır.
Maraqlıdır ki, görəsən nə üçün gənclər 10 km məsafədəki Almaniyanın Kel şəhərini qoyub 400 km yol qət ediblər?
Vüqar
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi












