Karantinə görə cərimələnənlərə vaxt verildi, əks halda... - DYP-dən açıqlama

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Dövlət Yol Polisi İdarəsi hər gün yeni məlumatlar açıqlayır. Son məlumata görə, ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Maraqlıdır, vətəndaşlar cərimələri könüllü şəkildə ödəyirmi, yaxud ödəməkdən imtina edənlər varmı? Bu zaman onları nə gözləyir?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, cərimələrin ödənilməsi məcburidir: “Karantin rejiminin pozulmasına görə cərimələnənlərə ödənişlər üçün 1 ay vaxt verilib. Əgər 1 ay sonra cərimələr ödənilməzsə, inzibati materiallar məcburi icraya yönəldilir. Amma qeyd edim ki, kifayət qədər şəxs cəriməsini ödəyir”.
Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) məsuliyyətə cəlb etmə nəzərdə tutulub.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -
- fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












