Karşerinq və etibarnamə nə dərəcədə uyğun gəlir?

Karşerinq məsələsi ortaya çıxdıqdan sonra etibarnamə məsələsi bir daha gündəliyə gəlib. Mövcud qanunvericiliyə görə, avtomobil sahibi nəqliyyat vasitəsini hətta yaxın qohumuna versə belə, proses notariusda sənədləşməlidir. Tanış olmayan adamlar arasında da eyni haldır.
Amma karşerinq, yəni avtomobil icarəsi zamanı vəziyyətin necə olacaq sualı hələ açıqdır. Xarici təcrübədən görünür ki, karşerinq yolu ilə ilk icarə zamanı vətəndaş şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsindəki məlumatları sistemə daxil edir. Bundan sonra ödənişi də onlayn yolla edərək avtomobili götürür və lazımi nöqtəyə getdikdə müvafiq zonada parklayır. Sistemə təkrar giriş isə xüsusi kodla həyata keçirilir. İcarəyə götürən şəxs tələbatına uyğun maşını seçməkdə sərbəstdir. Eynilə Bakıda skuter icazəsi kimi. Bəs bizdə necə olacaq?
Əgər etibarnamə sistemi yenə də olacaqsa, onda karşerinqlə avtomobil icarəsi bəri başdan uğursuzluğa məhkumdur. Səbəb də sadədir: avtomobil götürmək istəyən şəxs firma ilə notarial qaydada sənədləşmə aparacaqsa bu, azı 10 manat pul və 1 saat vaxt tələb edir. Bir neçə kilometr yol sürmək üçün heç kim buna getməyəcək. Şəhərin mərkəzində hərəkət vaxtı gediş haqqı çox vaxt 5 manatı keçmir! Növbəti avtomobil icarəsi zamanı başqa avtomobilə başqa etibarnamə tələb olunacaq. Belə görünür, karşerinq şirkətinin rəhbər vəzifəlilərinin günü notariusda keçməlidir.
Məsələ budur ki, artıq keçmiş sosialist bloku ölkələrinin əksəriyyətində etibarnamə sistemi ləğv edilib. Avropada isə ümumiyyətlə mövcud deyil. Müasir texnologiyalar (GPS sistemi) bir avtomobili rahat və qanuni formada izləməyə imkan verir. Buna görə də bir neçə saatlıq icarə üçün kağız etibarnaməyə lüzum qalmır.
Əgər karşerinq üçün etibarnamə tələb ediləcəksə, o zaman bunun Azərbaycan SSR-də 50-ci illərdə mövcud olmuş (indi heç kimin xatırlamadığı) avtomobil icarəsindən fərqi olmayacaq. O dövr üçün bu zərurət idisə, indi yersizdir.
PS. Sovetdən qalmış daha bir atavizm tərcümənin notarial təsdiqidir. Ümid edirik ki, avtomobil etibarnaməsi kimi ondan da tezliklə xilas olacağıq.
Vüqar
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











