Katalizatorsuz avtomobillərin fəsadları nələrdir? - EKSPERT RƏYİ

Avtomobil katalizatoru muhərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən bir qurğudur. Həmin qurğunun iş əmsalı təxmini 150 min kilometr təşkil edir. Yanacaq keyfiyyətinin aşağı olması, katalizatorun daha tez sıradan çıxmasına, monitorda “check engine” işarəsinin yanmasına gətirib çıxarır.
Azərbaycana Gürcüstandan gətirilən ikinci əl avtomobillərin demək olar ki, hamısından katalizator çıxarılır və başqalarına baha qiymətə satılır.
Bəs katalizatorsuz avtomobillərin fəsadları nələrdir?
Nəqliyyat eksperti Elməddin Muradlı TED.az-a bildirib ki, katalizatorların dəyişdirilməsi və çıxarılması Azərbaycanda artıq adi hala çevrilib: "Nəinki Gürcüstandan gətirilən avtomobillərdən, avtotəmirə verilən maşınlardan da katalizatorlar dələduz ustalar tərəfindən çıxarılıb başqalarına baha qiymətə satılır. Ümumilikdə katalizatorun olmaması avtomibilə o qədər də mühüm zərər vermir, sadəcə bir az səs dəyişikliyi yaranır. Katalizatorun olmaması avtomobildən çox ətraf mühitə zərər verir. Belə olduğu halda, mühərrikin buraxdığı zəhərli qazlar təmizlənmədən birbaşa atmosferə buraxılır. Bu, çox təhlükəlidi. Bütün dünyada olduğu kimi, ölkəmizdə də ətraf mühitin qorunması haqqında çağırışlar edilir".
Ekspertin sözlərinə görə, iqlim dəyişikliyinin səbəbləri arasında başlıca olaraq ətraf mühitin çirkləndirilməsi gəlir, burda da avtomobillərin xaric etdiyi zəhərli qazlar böyük rola malikdir: "Çox təəssüf ki, Azərbaycana Gürcüstan və digər ölkələrdən çox zay maşınlar gətirilir. Onların içində təbii ki, katalizatorsuz avtomobillər çoxluq təşkil edir. İkinci əl avtomobil almaq istəyən şəxslər mütləq maşını yoxlatdırmalıdır. Bu məsələ olduqca problemlidir".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












