Keyfiyyətsiz hava filtri: Turbo mühərrik üçün real təhlükə - FOTO

Avtomobil bazarında ən çox rast gəlinən keyfiyyətsiz detallardan biri də hava filtridir. Bu detal mühərrikin normal işləməsi üçün vacibdir.
Avtosfer.az xəbər verir ki, hava filtrinin keyfiyyətsiz olması mühərrikin yanacaq sərfini artırır, güc azalır, qızma ehtimalı artır. Ən əsası isə ekologiya ciddi zərər görür.
Standartların tələbinə görə hava filtri keyfiyyətli, yüksək təzyiqə davamlı və havaya müqaviməti aşağı olan kağızdan hazırlanmalıdır. Bu parametrlərə əməl edilmədikdəfiltrin buraxıcılıq qabiliyyəti aşağı düşür, tez dolur, bəzi hallarda isə deşilir. Deşilmə isə mühərrik üçün daha böyük təhlükədir. Havadan daxil olan qum və toz həm silindr divarını aşılayır, həm də turbokompressoru sıradan çıxarır.

Yeri gəlmişkən, filtrin buraxıcılıq qabiliyyətinin azalması turbokompressorlu mühərriklər üçün daha böyük risk yaradır. Filtrdən hava keçmədikdə kompressor karterdəki işlənmiş qazları yağla qarışıq soraraq yanma kamerasına ötürür. Yağı qurtaran mühərrikin də hansı risklə üzləşdiyini söyləmək artıqdır.
Bir sözlə, hava filtrinə edilən 20-30 manatlıq qənaət gələcəkdə daha böyük xərclərə səbəb olur.
PS. Sovet düşüncəli insanlar bu detalı ya dəyişməyə lüzum görmür, ya da hava ilə təmizləyib yerinə qoyurlar. Bu barədə ayrıca danışacağıq.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












