Kia Picanto yenilənib

Kia şirkəti yığcam Morning hetçbekinin yenilənmiş versiyasını təqdim edib. Kia Morning modeli bizim bazarda Picanto adı ilə tanınır. Planlaşdırılmış yeniləmədən sonra, yığcam hetçbek yeni ön hissəyə, yenidən nəzərdən keçirilmiş avadanlıq siyahısına və ixtisara salınmış mühərrik çeşidinə sahib olub.
Yenilənmiş Kia Morning modeli əvvəlkindən ön bamperin, radiator barmaqlığının və fənərlərin forması ilə fərqlənir. Daha bahalı versiyalarda, onlar linzalı və gündüz hərəkət işıqlarının dörd LED modulu ilə vahid blokda birləşdirilirlər. Arxa fənərlər də dəyişikliklərdən nəsiblərini alıblar: onlar indi "üçölçülü" tərtibata malikdirlər. Bundan başqa, arxa bamperin aşağı hissəində səsboğucu sisteminin çıxış borularını təqlid edəın xrom elementlər peyda olub. Modelin rəng palitrasına yeni sarı Honeybee çaları əlavə edilib.

Lakin, avtomobildə baş vermiş əsas dəyişikliklər onun salonundadır. Hetçbek cihazlar panelindəki marşrut kompyüterinin 4.2-düymlük ekranı, media sisteminin 8,0-düymlük sensorlu displeyini əldə edib. Bundan başqa, avtomobil qapıların kilidinin və klimat-kontrolun smartfon vasitəsi ilə idarə edilməsini, naviqasiyanın hava üzərindən yenilənməsini və ağıllı ev cihazlarına qoşulmanı dəstəkləyir.
Kia Morning modelinin avadanlıq siyahısına kor zonalara nəzarət və zolaqda saxlama funksiyası, öndən toqquşmaları xəbərdar edən və sürücünün yorğunluq səviyyəsinə nəzarət sistemlər daxil edilib.
Yeniləmədən əvvəl, Kia Morning modeli Cənubi Koreyada 76 at qüvvəli benzin və 74 at qüvvəli qazla işləyən 1,0-litrlik Kappa mühərrikləri ilə təchiz edilirdi. Yenilənmədən sonra, hetçbek yalnız Smartstream ailəsindən olan yeni 76 at qüvvəli G1.0 MPI mühərriki və dörd pilləli avtomatik transmissiya ilə təchiz olunur.(autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












