Klassik Alfa Romeo Giulia modeli 525 at qüvvəli superkara çevriləcək

Klassik Alfa Romeo modellərinin bərpası və təmiri ilə məşğul olan italyan Totem Automobili emalatxanası Giulia GTA elektrik restomodunu inşa edir. Kupe tamamilə karbondan hazırlanmış kuzoa, yeni alüminium şassiyə və 525 at qüvvəli güc aqreqarına sahib olacaqdır.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, GT Electric restomodunun əsasını 1970-ci illərin əvvəllərində buraxılmış Alfa Romeo GT Junior 1300/1600 modeli təşkil edəcəkdir. Avtomobil tamamilə sökülüb, orijinal şassinin yalnız 10 faizini saxlayaraq onu polad təhlükəsizlik karkası ilə gücləndiriblər. Yeni alt çərçivələr və tənzimlənən Bilstein Clubsport (ön - McPherson , arxa - çoxqollu) dayaqları olan asqı alüminiumdan hazırlanmış, ön və arxada isə əlavə bamperlər quraşdırılmışdır. Kuzov isə, 200 dərəcəlik temperaturda bişmiş karbondan panellərdən hazırlanıb.
Elektromobilin batareyası döşəmənin altına yerləşrilib və elektrik keçirməyən Novec Engineering Fluid mayesinə salınmış NMC 18650 batareya hüceyrələrindən ibarətdir. Batareyanın ağırlığı 350 kiloqram, tutumu isə 50,4 kilovat-saatdır. Batareya arxada quraşdırılmış 525 qüvvəsi və 938 Nm fırlanma anı hasil edən elektrik mühərrikini qidalandırır. Elektrokar 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir.
Elektrokarın təxmini yürüş ehtiyatı 320 kilometr olmalıdır. İlk prototip 6,6 kilovatt gücündə yükləmə qurğusu ilə təchiz olunmuşdur, lakin müştəri avtomobilləri sürətli yükləməni dəstəkləyəcəkdirlər.
Restomodun digər xüsusiyyətləri arasında qraund-effekti gücləndirən altlıq, orijinal Giulia GTAm modelinin üslubunda döymə təkər diskləri və analoq cihazlarını əvəzləyən iki 3,5-düymlük ekran vardır. Bundan əlavə, "Alfa" monobloklu supportları və üzən ikihissəli diskləri olan Brembo GT-R əyləclərini, həmçinin pnevmatik AiRrex asqısı ilə təchiz edəcəkdir.
GTA və ya Gran Tourismo Allegerita indeksi ilk dəfə 1960-cı illərin sonlarında Autodelta idman bölməsi tərəfindən hazırlanmış Alfa Romeo yarış avtomobillərinə verilib. GTAm emblemi isə America kəlməsi əlavə edildikdən sonra ortaya çıxıb. Bu indeks, avtomobillərin Yeni Dünyada sertifikatlaşdırılması üçün zəruri olan çiləmə sistemi ilə təchiz edilmiş modellərə verilirdi.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












