Lexus konseptual elektrik fastbəkinin debüt tarixini açıqlayıb - FOTO

Lexus şirkəti, yapon markasının modelləri arasında yeni Direct4 tam ötürmə sistemini ilk alan konseptual elektrik fastbəkinin təqdimat tarixini açıqlayıb. Yeni elektrokarın üzərindəki sirr pərdəsi 30 mart 2021-ci il tarixində götürüləcəkdir.
Konsept avtomobilinin adı hələ də gizli saxlanılır, lakin bəzi təfərrüatlar artıq məlumdur. Konseptual elektrokar Toyota New Global Architecture (TNGA) modul arxitekturasının elektrik versiyası olan e-TNGA platformasına əsaslanacaqdır. Konseptin silueti təsvir olunan yeni tizerdən göründüyü kimi, bu avtomobil hündür klirensi olan fastbəkdir.
Əvvəlki görüntülərdə arxa qapı üzərindəki işıqlandırılan Lexus yazısını, spoyleri, üfüqi vəziyyətdə yerləşdirilmiş nazik arxa LED fənərləri və vizual olaraq iki hissəyə bölünmüş damı nümayiş etdirmişdilər. Ön tərəfdə mürəkkəb formalı fənərlər, habelə radiator barmaqlığın əvəzləyən və işıqlandırılan Lexus loqotipi olan bağlı qapaq quraşdırılıb.
Adı açıqlanmayan konsept qabaqcıl Direct4 tam ötürmə sistemini alan ilk avtomobil olacaqdır: hər oxda elektrik mühərriki quraşdırılacaq və ağıllı sistem dartma qüvvəsini onlar arasında bərabər paylanmasını davamlı olaraq təmin edəcək, habelə təkərlərdəki əyləc gücünü tənzimləyəcəkdir.
Əvvəllər Lexus şirkəti Direct4 sisteminin konkret yol şərtlərinə uyğunlaşacağını və "daha yaxşı idarəetməni və nəzarəti, habelə səs-küy səviyyəsinin azaldılmasını təmin edəcəyini" söyləmişdi. Təqdimat zamanı, konseptin güc qurğusu da daxil olmaqla texniki hissəsi haqqında təfərrüatlar açıqlanacaqdır. Eyni zamanda, Lexus konseptin seriya perspektivləri barədə məlumatla bölüşəcəkdir.





500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar











