Lotus tarixi livreyalara boyanmış 100 sportkar buraxacaq

Lotus şirkəti Elise modelinin Classic Heritage Edition adlanan xüsusi seriyasını təqdim edib. 100 nüsxəlik tirajla buraxılacaq modelin qiyməti 46,250 funt sterlinq təşkil edir. Bütün avtomobillər markanın idman keçmişini xatırladan tarixi yarış livreyalarına boyanacaq və genişləndirilmiş təchizata malik olacaqdırlar.
Lotus Elise Classic Heritage Edition modelləri üçün dörd rəng sxemi nəzərdə tutulub: qara və qızılı, qırmızı, ağ və qızılı, ağ, qırmızı və gümüşü, nəhayət mavi ilə ağ. Klassik "qara-qızılı" livreya Emerson Fittipaldinin 1973-cü ildə Formula 1 çempionatında beş qələbə qazandığı Lotus Tipi 72D bolidinin rənglərini təqlid edir. Qırmızı-ağ-qızılı livreya Qrem Hilin Type 49B bolidinə, mavi-qırmızı-gümüş isə, Mario Andrettinin Type 81 bolidinə işarə edir. Yeri gəlmişkən, məşhur britaniyalı pilot Naycel Mensel bu boliddə F1-də debüt edib.

Dördüncü göy-ağ livreya, 1960-cı ilin aprelində Monako Qran Prisində poul və qələbə qazanan ilk Lotus boldinə - ser Stirlinq Mossun Type 16-na həsr edilib.
Livreyalarla yanaşı, kolleksiya avtomobilləri zəngin avadanlıqları ilə də seçiləcəkdirlər. Avtomobillərin təchizatına dörd dinamiki və rəqəmsal radiosu olan audiosistem, kondisioner, alüminium ərintisindən hazırlanmış yüngülləşdirilmiş təkər diskləri və iki hissəli diskləri olan əyləc mexanizmləri daxil edilib.
Qiymətə daxil olan salonun tərtibat dəsti, qapılarda və mərkəz konsolda kuzov rəngində haşiyələrin olmasını nəzərdə tutur. Opsiyalar siyahısına şüşəplastikdən dam, yüngül akkumulyator və titandan hazırlanmış səsboğucu sistem daxildir.
Məhdud saylı seriya Lotus Elise Sport 220 versiyasına əsaslanır. Sportkar 220 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,8-litrlik dördsilindrli kompressorlu mühərrik və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir. Lotus Elise Sport 220 modelinə 60 mil/saat (97 km/saat) həddini toplamağa 4,5 saniyə gərəkdir. Sportkarın maksimal sürəti 233 km/saat həddində məhdudlaşdırılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












