LR Defender ofrouderini Corvette modelinin mühəırriki ilə təchiz ediblər

Land Rover Defender ofroud sevənlər arasında xüsusi rəğbət qazanmış avtomobillərdən biridir. Əlbəttə ki, belə populyarlıq tüninq firmalarına da bu avtomobildən yaxşı "çörək pulu" qazanmağa imkanlar yaradır. Məsələn, götürək ABŞ-da yerləşən E.C.D. Automotive Design atelyesini...
Amerikalılar Land Rover Defender modelinin əsasında Project Rowdy adlı qeyri-adi bir layihə hazırlayıblar. Tüner, ilk növbədə, "Müdafiəçinin" kapotunun altındakı mühərriki Amerikada pərəstiş obyektinə çevrilmiş Chevrolet Corvette modelinin güc aqreqatı ilə əvəzləyib. İndi, kapotun altında LS3 ailəsindən olan 565 at qüvvəli 6.2-litrlik V8 mühərriki çalışır.
Bundan əlavə, Defender ofrouderini BF Goodrich All-Terrain şinləri olan 18-düymlük təkər diskləri və avtomobilin kuzovunu müfafiə edən xarici karkas ilə təchiz ediblər. Ən maraqlısı odur ki, klassik ofrouder atelyenin özünün məhsulu olan pnevmatik asqını əldə edib. "Defin" daxili tərtibatında açıq rəngli dəridən və ağacdan hazırlanmış dekordan geniş istifadə edilib: oturacaqlar, ön panel və qapı üzlükləri tamamilə qəhvəyi rəngli dəri ilə örtülüblər. Bundan başqa, salonda ağacdan çənbəri olan vintaj sükan çarxını və Recaro idman oturacaqlarını görmək olar.
Təkmilləşdirilmiş Land Rover ofrouderinin təchiz edildiyi daha bir maraqlı avadanlıq - bagaj bölməsindəki xüsusi kofrdur. Bu kofrda tüner açıq havada piknik zamanı faydalı ola biləcək orijinal qədəh dəstini və digər qab-qacağı yerləşdirib.
Ədalət naminə qeyd etmək lazımdır ki, qab-qacaql dəstindən adi çayiçmə mərasimini təşkil etmək üçün də istifadə etmək olar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












