Maserati MC20 superkarını Stirlinq Mossa həsr edib

Əslində, Maserati şirkəti ortamühərrikli MC20 superkarını bu ay təqdim etməli idi. Lakin, koronavirus pandemiyası istehsalçının planlarını alt-üst edib. Məlum məsələdir ki, yeni superkarın ətrafında cərəyan ehtirasların azalmaması üçün müəyyən tədbirlər görmək gərəkdir. İtalyan istehsalçısı da məhz belə bir addım ataraq, superkarın yeni şəkillər toplusunu dərc edib.
Məlum məsələdir ki, superkar yenə də kamuflyaja malikdir. Lakin bu dəfə, avtomobilin örtüldüyü kamuflyajın naxışı, keçən ay vəfat etmiş əfsanəvi britaniyalı pilot Ser Stirlinq Mossa həsr edilib.

Düz 64 il bundan əvvəl, Maserati 250F bolidini idarə edən Stirling Moss gərgin şəkildə keçən Monako Qran Prisində qalib gəlmişdi. Qeyd etmək gərəkdir ki, Moss 100 dövrəlik yarışda startdan finişə qədər liderlik etmişdi.
Bununla birlikdə, MC20 prototipinin naxışları Maserati 250F modelinə deyil, sonrakı Maserati Eldorado bolidinə aiddir. Bu avtomobil, avtoidman dünyasına aid olmayan bir marka tərəfindən maliyyələşdirilən ilk təkyerli yarış avtomobili olub. Söhbət dondurma istehsal edən Eldorado şirkətindən gedir.

1958-ci ildə Monzadakı trekdə Eldorado bolidində çıxış edən Moss, üç mərhələnin nəticələrinə görə yeddinci yeri tutub. Qırılan sükan mexanizmi ona yuxarı qalxmağa imkan verməmişdi. Avtomobil isə yalnız yüngül xəsarətlər alaraq, Maserati 250F bolidinin şassinin və Fantuzzi atelyesi tərəfindən əllə hazırlanmış alüminium kuzovunun kifayət qədər etibarlı və möhkəm olduğunu sübuta yetirmişdi.
Ser Stirlinq Moss karyerası boyunca Tipo 60 Birdcage, Tipo 61 və 300 S daxil olmaqla, bir neçə Maserati bolidlərində çıxış edib.
MC20 ilə birlikdə, italyan markası özünün idman tarixini xatırlatmaq və yarış dünyasına qayıtmaq niyyətində olduğunu bildirib. Bununla birlikdə, superkar haqqında məlumat çox azdır. Ehtimallardan birinə görə, Maserati MC20 superkarı Alfa Romeo Giulia Quadrifoglio və Giulia GTA modellərindən tanış olan 2,9-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, superkar qoşulan hibrid güc qurğusunu da əldə edə bilər. (autograph.az)
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












