Maşın dörd nəfərə satılıb, amma cərimələr birinci şəxsə gəlir - VİDEO

Etibarnama ilə satılan avtomobilin cərimələri maşının əsas sahibinə gəlir.
Vətəndaş artıq beş ildir ki, avtomoilini satıb, amma buna baxmayaraq hələ də cərimələr onun ünvanına gəlir. Bu müddət ərzində 4000 manatdan çox cərimə borcu yığılıb.
Hadisə Cəlilabad rayonu, Pirivolnoye kənd sakini Ruslan Əliyevin başına gəlib. Zərərçəkmişin atası Xanoğlan Əliyev bildirir ki, o, 2017-ci ildə 15 BS 418 dövlət qeydiyyatlı "Niva" markalı avtomobilini etibarnamə ilə həmkəndlisinə satıb. Həmkəndlisi də öz növbəsində avtomobili başqa bir alıcıya satıb. Bu minvalla maşın dördüncü alıcının istifadəsindədir, amma avtomobilə yazilan cəirmələr hələ də Ruslan Əliyevin ünvanına gəlir.
Xanoğlan Əliyev deyir ki, cərimələrlə bağlı aidiyyətı qurumlara müraciət ediblər. Məsələ ilə bağlı sorğumuza cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik -leytenantı Namidan Piriyev bildirdi ki, sözügüdən avtomobil vətəndaş Əliyev Ruslan Xanoğlan oğlunun adına qeydiyyatdadır. Cərimə ilə bağlı elektron qərarlar da həmin şəxsin adına tərtib olunur. Çünki avtomobilin başqa kimlərə satılmasına dair Baş Dövlət Yol Polisi İdarəsində məlumat yoxdur.
Qeyd edilib ki, əgər vətəndaş həmin qayda pozuntularını törətməyibsə və avtomobil onun istifadəsində deyilsə, 20 gün ərzində şikayət verməlidir.
Namidan Piriyev onu da deyib ki, avtomobil saxlandıqdan sonra inzibati xəta törədilərkən kimin istifadəsində olubsa, məsuliyyət də onun üzərinə düşəcək. O, xüsusilə vurğulayıb ki, bu cür problemlərin yaranmaması üçün avtomobil satılarkən onun sənədləşdirilməsi prosesini diqqətlə və hərtərəfli həyata keçirmək lazımdır.
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA










