Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO

Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır.
Avtosfer.az xəbər verir ki, bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.
Qiyməti isə 400 manatdan başlayır.
Qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək, o cümlədən məsuliyyətdən yayınmaq məqsədi ilə onları saxtalaşdırmaq, üzərini bağlamaq və s. əməllər hüquqi məsuliyyət yaradır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, sözügedən videomaterialda əks olunan qurğu hərəkətdə olan nəqliyyat vasitəsində tətbiq olunarsa, bu, kobud qayda pozuntusu hesab ediləcək, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görüləcək:
“Unutmayaq ki, bu cür davranış inzibati hüquq pozuntusunu deyil, həm də ictmai təhlükəsizliyə qarşı təhdiddir. Yol hərəkətində təhlükəsizlik prinsiplərinə zərbə vuran belə əməllərə qarşı xüsusi texniki vasitələrdən istifadə etməklə davamlı tədbirlər görülür və təqsirkar şəxslər barəsində ciddi ölçü götürülür".
Bu qurğulardan istifadənin təhlükəsini artıran məqamlardan biri də, qeydiyyat nişanı bağlı olduğu halda törədilən yol nəqliyyat hadisəsidir.
Vəkilllər kollegiyasının üzvü Misirə Xəlilzadə deyir ki, bu halda qəza ehtiyatsızlıqdan yox, qabaqcadan planlaşdırılmış cinayət kimi də qiymətləndirilə bilər.
Daha ətraflı süjetdə:
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












