Maşının rəngi texpasportda göstərilsə də, yol polisi cərimə meydançasına apardı - VİDEO

Paytaxtda yaşayan İmişli rayon sakini avtomobilinin qanunsuz yerə cərimə meydançasına aparıldığını iddia edir. Buna səbəb kimi nəqliyat vəsitəsinin rənginin qanunauyğun olmadığı göstərilib.
Müqəddəs Orucovun sözlərinə görə, DYP əməkdaşları ona aprelin 30-da Ziya Bünyadov prospektində "saxla" işarəsi veriblər. Saxlanmasına səbəb kimi avtomobilində rəng uyğunsuzluğu göstərilib.
Vətəndaş deyir ki, nəqliyyat vasitəsinin rəngləri texniki pasportda qeyd edildiyi halda onun saxlanması qanunsuzdur. 2019-cu ildən həmin avtomobili idarə edən sürücü indiyə kimi belə vəziyyətlə qarşılaşmadığını iddia edir.
Sürücü iddia edir ki, polis əməkdaşları ona heç bir əsas göstərə bilməyiblər. Buna baxmayaraq nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, nəqliyyat vasitəsinin duracağa aparılmasının əsas səbəbi sürücünün 2 aydan artıq ödənilməyən cərimə borclarının olmasıdır.
Bununla yanaşı, sürücü nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində damı qara nəzərdə tutulduğu halda avtomobilin qapılarının ətrafını və qapı dirəklərin də qanunsuz olaraq qara rəngə boyayıb.
Məsələylə bağlı yekun qərar araşdırmalardan sonra veriləcək.
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










