Maşınları dayandıqları yerdə nişan qoyub cərimələdilər - İDDİAYA RƏSMİ CAVAB

Sosial şəbəkədə avtomobillərin dayandığı zaman qadağanedici nişan quraşdırıldığı və dərhal hamısının cərimələndiyi barədə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, iddialara əsasən, hadisə paytaxtın Yasamal rayonu, Naxçıvan (6-cı Paralelni) küçəsində qeydə alınıb. Paylaşımda bildirilib ki, avtomobillər küçədə dayandığı yerdə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gəlib dayanma-durmanı qadağan edən nişan quraşdırıblar. Daha sonra isə dərhal nişanın qadağan etdiyi ərazidə dayanan avtomobilləri çəkərək protokol tərtib etməyə başlayıblar. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev iddiaların doğru olmadığını bildirib. Onun sözlərinə görə, orada əvvəldən də həmin nişan olub: “İddia doğru deyil. Bildirim ki, nişan məhəllədaxili yolda quraşdırılmayıb. Orada əvvəllər də dayanma-durmanı qadağan edən nişan olub. Lakin sonradan yararsız hala salınıb. Bildiyiniz kimi həmin küçədə yol hərəkətinin təkmilləşdirilməsi işləri görülür. Bu çərçivədə nişan da yenilənib. Fotoçəkiliş də görülən işin hesabatı üçündür. İnzibati tənbeh tədbiri tətbiq etmək BNA inspektorlarına aiddir ki, onların da ayrıca geyimləri var”.
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA










