Viski içib maşınla qaynatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü

Kürdəmirdə sürücülük hüququ olmayan kişi avtomobillə 7 yaşlı uşağı vuraraq öldürüb. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində baş verib. Kürdəmirin Atakişili kənd sakini, 1991-ci il təvəllüdlü İqbal Quliyev tanışının adına rəsmiləşdirməklə VAZ-2106 markalı maşın alıb. Sürücülük hüququ olmayan İ.Quliyev həmin maşını bir qədər idarə etdikdən sonra evində viski içib və ailəsi ilə birgə qayınatasıgilə getmək qərarına gəlib. İqbal ailə üzvləri ilə bərabər həmin nəqliyyat vasitəsi ilə yola çıxıb. Rayonun Çöl-Ərəb kəndində idarəetməni itirib və yolu keçən 2019-cu il təvəllüdlü İdayət Hüseynlini vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb. İşin istintaqı yekunlaşaraq, məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş tərəflə barışıq əldə olunub. Məhkəmənin hökmü ilə İ.Quliyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib./oxu.az
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO











