“Mercedes-AMG GLE Coupe” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda - Fotosessiya

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC yenilənmiş “Mercedes-AMG GLE Coupe” modelinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində aparılmış eleqant fotosessiyasını təqdim edir.
Avtosfer.az xəbər verir ki, Almaniya avtomobil sənayesinin yeni məhsulunun Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində aparılmış fotosessiyası qədim abidələrin və müasirliyin harmoniyasını təşkil etməklə Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırır.
“Mercedes GLE Coupe” modelinin kuzovu hamar şəkildə maili dama və sanki uzadılmış arxa hissəyə malik kupe üslubunda işlənib hazırlanıb. Avtomobilin cəlbedici radiator qəfəsinin üzərində xromlanmış elementləri, mərkəzdə isə böyük ulduzu görmək olar. Dar zolaqlar şəklində hazırlanmış faralar LED altişıqlanmaya malikdir. Böyük hava girişi dəlikləri və diffuzoru olan bamperlər idman üslubunda dizayn edilib. Qapıların çərçivəsiz şüşələri avtomobilə xüsusi eleqantlıq bəxş edir. Təkər tağları krossoverin güc və yolsuzluq imkanlarını qabardan geniş konturlarla xarakterizə olunur. Kross-kupenin interyeri yüksək keyfiyyətli materialları və işlənməsi ilə seçilir. Cihaz panelində iki böyük rəqəmsal ekran var: onlardan biri sürət, dövrələr və digər parametrlər haqqında məlumatları əks etdirir, digəri isə səsli idarəetmə funksiyasına malik MBUX multimedia sistemini idarə etmək üçün nəzərdə tutulub. Konsol minimum sayda düymə və çeviricilərlə təchiz edilib, funksiyaların əksəriyyətini isə sensor ekran vasitəsilə və ya mərkəzi tuneldəki sensor paneldən istifadə etməklə konfiqurasiya etmək mümkündür. “GLE Coupe” həm passiv, həm də aktiv təhlükəsizlik səviyyəsinə malikdir. Avtomobilin kuzovunun güclü aparan konstruksiyası zərbənin enerjisini udur və sərnişinlərin təhlükəsizliyini təmin edir.
Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.: +994 12 496 50 50 / +99412 976.





Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












