Mercedes-Benz də koronavirusa görə loqotipini dəyişdi
Avtoxəbər
1 May 2020 01:00

Audi və Volkswagen şirkətləri də bənzər aksiyanı həyata keçirmişdilər
SARS-CoV-2 koronavirusunun yayılma sürəti bəşəriyyəti bu günə qədər görünməmiş tədbirlərə əl atmağa məcbur edir. Bu mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi ən güclü alətlərdən biri də sosial məsafəni qorumaq çağrışıdır.
Bu gün Mercedes-Benz şirkəti də bu tədbirə dəstək məqsədi ilə yenilənmiş loqotipini nümayiş etdirib. Yeni loqotipdə ölçüləri kiçildilmiş uç şüalı ulduz diqqəti çəkir. Kiçildilmiş ölçülər sayəsində xarici halqa ilə ulduz arasında boş məkan yaranır. Bu yolla, alman istehsalçısı özünüzü və ətrafdakıları yoluxmadan qorumaq üçün məsafə saxlamağı tövsiyyə edir.
Xatırladaq ki, bir müddət bundan öncə, Audi və Volkswagen şirkətləri də bənzər aksiyanı həyata keçirmişdilər.
Oxunub : 2375
DİGƏR XƏBƏRLƏR
29 Noyabr 2026 11:00
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
28 Noyabr 2026 20:27
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
28 Noyabr 2026 17:53
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
27 Noyabr 2026 21:54
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
27 Noyabr 2026 14:06
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
ŞƏRH YAZ












