“Mercedes-Benz” elektromobillərə keçid üçün startap alıb

“Daimler AG” qrupuna daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçidlə bağlı planı çərçivəsində texnologiyasını gücləndirmək üçün Böyük Britaniyanın “Yasa” startapını satın alıb.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, 2009-cu ildə Oksford Universitetindən çıxan “Yasa” startapı idman avtomobilləri üçün yeni nəsil elektrik mühərrikləri istehsalı ilə məşğuldur. Onun müştəriləri arasında “Ferrari” və digər tanınmış brendlər var.
Tamamilə pul vəsaitləri ilə ödəniləcək müqavilənin şərtləri açıqlanmır. Lakin “Financial Times” qəzetinin yazdığına görə, 2019-cu ildəki son maliyyələşmədə “Yasa” 100 milyon funt sterlinq (təxminən 137 milyon ABŞ dolları) dəyərində qiymətləndirilib.
İki ildir “Mercedes” ilə əməkdaşlıq edən şirkət indi “Mercedes-AMG” xəttindəki bir sıra yeni elektrikli avtomobil modelləri üçün mühərriklər tədarük edəcək.
“Mercedes-AMG”nin rəhbəri Filip Şimerin sözlərinə görə, “Yasa” texnologiyası bu model xəttinə rəqiblərindən bir addım öndə olmağa kömək edəcək.
“Yasa”nın satın alınması “Daimler'”in iyulun 22-də təqdim etdiyi “Mercedes-Benz”in yenilənmiş inkişaf strategiyası çərçivəsində elan edilib.
Konsernin planına görə, 2025-ci ildən etibarən “Mercedes-Benz” avtomobillərinin bütün yeni modelləri yalnız elektrik mühərrikləri ilə işləyəcək və alıcılar köhnə modellərdən istənilən biri üçün belə alternativ seçə biləcəklər.
Bu hədəflərə çatmaq üçün şirkət 2022-2030-cu illərdə elektromobillərin hazırlanmasını sürətləndirmək üçün 40 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.
“Dönüş nöqtəsi yaxınlaşır və bazarın bu onilliyin sonuna qədər yalnız elektrikli nəqliyyat vasitələrinə keçməsinə hazır olacağıq”, - “Daimler”in baş icraçı direktoru və “Mercedes-Benz”in rəhbəri Ola Kallenius deyib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










