“Mercedes” yeni S-Class modelində avtonom idarəetmə səviyyəsini azaldır

Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısı avtonom idarəetmə ilə bağlı strategiyasına yenidən baxır.
Avtosfer.az xəbər verir ki, “Handelsblatt” qəzetinin konsern rəhbərliyinə istinadla yaydığı məlumata görə, avtomobil istehsalçısı sükanı buraxaraq idarəetməyə imkan verən sistemlərlə bağlı planlarını hələlik təxirə salır. Beləliklə, yanvarın sonunda təqdim ediləcək yenilənmiş S-Class lüks sedanında SAE Level 3 artıq təklif olunmayacaq. “Mercedes” bunun əvəzinə sürücünün daim diqqətli olmasını tələb edən avtomatlaşdırılmış köməkçi sistemlərə fokuslanacaq.
Nəşrin yazdığına əsasən, qərara istehsal xərclərinin yüksəlməsi, tələbatın isə zəifləməsi səbəb olub. Buna baxmayaraq, konsern sükanı buraxaraq idarəetməyə imkan verən sistemi daha da təkmilləşdirərək növbəti modellərdə yenidən təqdim etməyi planlaşdırır. Şirkətin baş icraçı direktoru Ola Kalleniusun sözlərinə görə, gələcəkdə müştərilər həm şəhər daxilində, həm də avtomagistrallarda avtomatlaşdırılmış sürüş imkanından yararlana biləcəklər.
Rəqib “Ford” kompaniyası isə Level 3 səviyyəli sistemi 2028-ci ildə bazara çıxaracağını elan edib. Lakin müştərilər bu sistem üçün əlavə ödəniş etməli olacaqlar.
Qeyd edək ki, avtomobil sənayesi avtomatlaşdırılmış sürüş üçün SAE standartını hazırlayıb. Level 1 kruiz-kontrol və ya zolaqda saxlama köməkçisi kimi əsas yardım funksiyalarını əhatə edir. Level 2 səviyyəsində sistem sükanı, sürətlənməni və əyləci idarə edə bilir, lakin sürücü daim diqqətli olmalı və istənilən an nəzarəti ələ ala bilməlidir. Level 3 müəyyən hallarda sürücüyə diqqətini yoldan yayındırmağa imkan verir. Level 4 səviyyəsində avtomobillər məhdud ərazilərdə tam avtonom şəkildə hərəkət edir. Level 5 isə tam avtomatlaşdırmanı nəzərdə tutur və nəqliyyat vasitəsi istənilən şəraitdə insan müdaxiləsi olmadan hərəkət edə bilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










